2016-06-21 11:39

Pianoçu okeandakı buz parçasının üzərində çıxış etdi - VİDEO

O, insanları “Arktikanı müdafiə edək” layihəsinə dəstək olmağa dəvət edib.

İtaliyalı bəstəkar Lyudoviko Eynaudi Şimal Buzlu Okeanda süni buz parçasının üzərində çıxış edib.

LiderXeber.az xəbər verir ki, o, "Greenpeace” ("Arktikanı müdafiə edək”) layihəsinə dəstək olaraq royalda "Elegy For The Arctic” ("Arktika üçün elegiya”) bəstəsini ifa edib.

Çıxışın videosu Eynaudinin rəsmi "YouTube” kanalında yayımlanıb.

Pianoçunun çıxışı Norveçin şimalındakı Şpitsbergen arxipelağında baş tutub.

Qeyd edək ki, "Greenpeace” təşkilatı insanları Arktikada neft və balıq hasilatına son qoymağa və Şimal qütbü ətrafındakı beynəlxalq suları qoruq elan etməyə çağırıb./oxu.az/

SON XƏBƏRLƏR


Yuxarı