2014-02-01 07:33

"Kişi”lər, sizə deyəcək sözümün ilk cümləsi:

Qeyrət, namus! Hər kişiyə lazım olan ən vacib iki amil! Kişilər var namusuna görə illərini, həyatını layiqincə yaşayır. Kişilər də var ki, namussuzluğuna görə ömrünü qara zindanlarda bərbad halda keçirir.

"Qeyrət” çəkən qeyrətsizlər haqqında fikirlərimi sadə ifadələrlə oxucularımıza çatdırmaq istəyirəm. Dinindən, irqindən asılı olmayaraq hər kəs bu dünyada şərəfi və namusuna görə yaşamalıdır. Kişilər var, kişilikdən çıxıb namusunu tapdalayaraq, iradəsizliyinə görə anasına, bacısına tamah salır. Bu nə deməkdir ki, ata qızını zorlayır, qardaş bacısını zorlayır?! "Kişi” öz iradəsizliyinə görə namussuz adını üstünə necə ala bilir? Əgər biri öz qanından olan qızına təcavüz edirsə, biz o şərəfsizə necə ad verək? Belələrinin cəmiyyətdə yeri haradadır? Bu cür şərəfsiz, insanlıqdan bixəbərləri necə susdurmaq lazımdır. Biz bu qədər baş verən biyabırçılığa göz yuma bilmərik. Göz görə-görə, neçə-neçə gənc qızların həyatı məhv olur. "Kişi”lər, sizə deyəcək sözümün ilk cümləsi: "Ananınızın südü sizə haram olsun!” O analar ki, onlar 9 ay sizi öz bətnlərində saxlayıb, dünyaya gətirib. Bilsəydi o analar ki, siz bu cür şərəfsiz, şəxsiyyətsiz, insanlıqdan çıxmış cani olacaqsız, inanın ki, sizin üçün əziyyət çəkməzdi! Nə gecələr yuxusuz qalıb sizlərin keşiyinizdə dayanardılar, nə də ki, sizin həyatınız üçün narahat olardılar. Çünki öz qanına, canına tamah salaraq, kişiliyini unudub qızını, bacısını zorlayan bax belə "kişi”lər, siz heç kimə, heç nəyə layiq deyilsiniz! Layiq olduğunuz tək şey, elə sizin özünüzün əsl kişilər tərəfindən zorlanmağınızdır! Sizin kimilərə ölüm belə düşmür. Çünki cəsədinizin var olmağı belə sizə mükafatdır. Sizə əsl cəza həbs deyil, kişilər tərəfindən işgəncələrə məruz qalaraq, hər tikənizin bir itin ağzında olmasıdır! Siz bir qadını zorlayırsız, lakin sizə layiq olan sizi yüzlərlə, minlərlə kişilər tərəfindən zorlanmağınızdır! Vicdanını, insanlığını ayaqlar altına ataraq, özünün ana, bacısına iştahlanıb onu zorlayan, bədəninə təcavüz edən qeyrətsizlər, sizə ar olsun! Biri bir qələt edib öz namusunu itirərək, qızına, bacısına təcavüz edir, hamı baxır, o baxanlardan da özləri kimi biqeyrət olan nakişilər də onlara bənzədirlər özlərini! Bu gedişlə bu dünya düzəlməyəcək! Boş yerə, "inşallah, bir gün bu cür biyabırçılıq bitər" deməklə deyil! Gözlərinizi yaxşı-yaxşı açın, görməyə çalışın ki, bir-iki namussuza görə, bütün Azərbaycanın adına xələl gəlir.

Sonda sözüm Azərbaycan kişilərinə aiddir. Ey kişilər, içimizdə olan qeyrətsizləri yaşatmamağa çalışın! Harada qarşınıza çıxırsa qeyrətsizlər, o zaman siz qeyrətli olun, onlara kişi necə olar, göstərin. Hansı yolla, nə etməklə göstərəcəksiz, bax bu, artıq sizin öz işinizdir. Çünki kişi sizsiniz! Bu yerdə ümid edə bilərəm ki, bu istəyim reallaşa biləcək!

Demək istədiklərim bu qədər deyil, sadəcə olaraq demək istədiklərimi olduğu kimi ifadə etsəm, Azərbaycan mədəniyyətinə zidd olacaq, bu səbəbdən də hisslərimi cilovlayaraq, bacardığım qədər etikadan kənarlaşmamağa çalışdım. Bu, mənim qeyrətsizlərə ünvanlamaq istədikləriminaz bir hissəsidir.

Rəqsanə Yusifzadə

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı