2016-06-16 10:16

Çay xərçəng xəstəliyi yaradır - Xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanında xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentlik həddən artıq isti kofe və çay qəbulunun insan sağlamlığı üçün ziyan olduğunu bəyan edib.

LiderXeber.az xəbər verir ki, çox isti çay və ya kofe qəbulu qida borusunda xərçəng xəstəliyinin yaranması isə nəticələnə bilər. 

Söhbət selsi üzrə 65 dərəcədən artıq içkilərdən gedir. Bu dərəcədən aşağı olan maye qəbulu isə insan orqanizmi üçün təhlükə törətmir. 

Araşdırmalar Çin, İran, Türkiyə, o cümlədən Cənubi Amerika ölkələrində keçirilib. Bu ölkələrdə əhali adətən çay və ya kofeni (70 dərəcə) olduqca isti halda içirlər. /azvision/

Aylin Vəliyeva

LiderXeber.com


SON XƏBƏRLƏR


Yuxarı