2016-06-12 18:29

“Kids World” müsabiqənin qaliblərini mükafatlandırdı - Video Reportaj

“Kids World” uşaq geyimləri mağazasından daha bir uğurlu addım...

"Kids World” uşaq geyimləri mağazalar şəbəkəsinin təşkilatçılığı ilə rəsmi facebook səhifəsində "Şirin və bacarıqlı bala” müsabiqəsi keçirilib.


Bu müsabiqəyə 120-dən çox uşaq qatılıb.

LiderXeber.az xəbər verir ki, müsabiqənin şərti isə uşaqların bacarıqları ilə bağlı maraqlı video görüntülərin göndərilməsi olub. Həmin müsabiqə 11 iyun tarixində sona çatıb və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan "Kids World” uşaq geyimləri mağazalar şəbəkəsinin direktoru Sevinc Həsənova balacaları hər zaman bu cür müsabiqələr, hədiyyələrlə sevindirməklə qürur duyduqlarını bildirdi.

Daha sonra çıxış üçün söz "Kids World” uşaq geyimləri mağazalar şəbəkəsinin rəsmi nümayəndəsi Samir Bayramova verildi. Samir bəy öz çıxışından sonra tədbirə rəngarənlik qatmaq üçün klona söz verdi. Klon isə öz növbəsində maraqlı oyunlarla, rəqslərlə uşaqları sevindirdi.

Sonda müsabiqənin qalibləri mükafatlandılırıb. Müsabiqədə 1, 2-ci yerləri tutan iştirakçılar 300 AZN-lik kupon və "Kids World” tərəfindən hədiyyələr, 3-cü yerin qalibi 200 AZN-lik kupon və hədiyyələr, digər onluğa düşən iştirakçılar isə 50 AZN-lik hədiyyə kuponu və hədiyyələrlə mükafatlandırılıb.

"Kids World” uşaq geyimləri mağazası müsabiqəyə qatıla bilməyən uşaqlara da biganə qalmayıb. Belə ki, mağaza tərəfindən onlara da hədiyyələr verilib.

Qeyd edək ki, tədbirə "Baku City Kids Group”un rəhbərliyi və modellər qatılıb. Onlar da öz növbəsində bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda "Kids World” uşaq geyimləri mağazasının rəhbərliyi, müsabiqədə fərqlənən uşaqlar, onların valideyinləri ilə xatirə şəkili çəkdirilib.

Səbuhi Vaqifoğlu

Əzim Uğur

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı