2016-06-08 10:00

Məşhur amerikalı aktyor İslamı qəbul edib? - FOTO

Morgan Frimanın İslam dinini qəbul etməsi barədə xəbərlər yayılıb.

ABŞ-ın dünyaca məşhur qocaman aktyoru Morgan Frimanın İslam dinini qəbul etməsi barədə xəbərlər yayılıb.
 
LiderXeber.az xəbər verir ki, "Aman tanrım” filmində canlandırdığı "Tanrı” obrazı ilə dünya mediasının gündəminə gələn aktyorun məsciddə namaz qılınan zaman çəkilən fotosu yayılıb.
 
Macid Navaz adlı müsəlman özünün "Twitter” hesabında "hüzuru İslamda tapan məşhur aktyorla namaz öncəsi fotomuz” deyə şərh yazaraq, aktyorla bir yerdə çəkilən fotosunu paylaşıb.
 
Aktyor Morgan Friman isə "National Geographic” dərgisinə müsahibəsində İslam inanclarına və dininə böyük hörmət etdiyini söyləyib:
 
"İslam dini məni çox hüzurlu edir. Mən müsəlmanların müqəddəs Ramazan bayramını da təbrik edirəm”./publika.az/



Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı