2016-06-08 09:46

Quba və Sumqayıtda qaz olmayacaq

“Azəriqaz” məlumat yaydı.

Bu gün Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Bu barədə "Azəriqaz” İB-dən LiderXeber.az-a bildirilib.

"Yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 8-də saat  09:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin "Yaşıl dərə” yaşayış massivi, "Metallurq” bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə qurumdan qeyd edilib.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı