2016-06-07 20:30

Azərbaycanlı bu gənc etdiyi hərəkətlərlə sosial şəbəkələrin fenomeninə çevrilib - VİDEO

O, özünü maşın altına atır və...

Dünyada "sehirli video" adlı montajı bilən insanların sayı barmaqla sayılacaq qədərdir.

LiderXeber.az xəbər verir ki, onlardan da biri Zamiq Mirzəyevdir. O, son günlər "Instagram"ın fenomeninə çevrilib. Bu gəncin hazırladığı videolar qeyri-adiliyi ilə diqqət çəkir. Ağlasığmaz videoların müəllifi xobbisini gəlir mənbəyinə çevirib.

Mərc gəlir və özünü avtomobillərin qarşısına atır. Heç nədən qorxmayaraq magistral yolda avtobusun altına yıxılır. İlk baxışdan adamı vahiməyə salan bu görüntü əslində montaj əsasında ərsəyə gəlib. 25 yaşlı Zamiq Mirzəyev, dünyada "Magic vine" adı ilə tanınan montaj işi ilə məşğul olur. O, iki ildən çoxdur ki, qeyri-adi videolar hazırlayır.

Gah, avtomobilə qapısı bağlı oturur gah da salfeti süfrəyə çevirir. Bir videonun hazırlanmasına 3, montajına isə 5 saat tələb olunur. O, hazırladığı videolarla "İnstagram" sosial şəbəkəsində fenomenə çevrilib. Ən məşhur videosu isə dollarla bağlı olandır. Belə ki o, dolları yandırır və və nəticədə ətrafa çoxlu sayda pul səpələnir.

Əvvəllər bu işə xobbi kimi yanaşan Zamiq Mirzəyevin səhifəsinə reklam yerləşdirənlərin sayı artdığından o buna gəlir mənbəyi kimi baxır. Böyük saytlardan və reklam agentliklərindən yeni işlər üçün təklif aldığı da olur.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı