2016-06-07 11:40

Gəncləşmənin daha bir üsulu - Nöqtə liftinq

Qırışlardan qurtulmaq üçün şar kimi şişirdilmiş üzlərlə tez-tez qarşılaşırıq.

Qırışlardan qurtulmaq üçün şar kimi şişirdilmiş üzlərlə tez-tez qarşılaşırıq.
 
LiderXeber.az xəbər verir ki, üzdə həddindən artıq şiş yaratmadan gəncləşmə vəd edən "nöqtə liftinq” üsulu mütəxəssislər tərəfindən ən çox istifadə edilən üsullardan biridir. Nöqtə liftinq üsulunda "5 nöqtə”, "8 nöqtə” və "10 nöqtə” adlanan 3 dəyişik prosedurdan istifadə edilir:
 
5 nöqtə liftinq
 
Bu üsul tez-tez yanağa, yaxud alt çənəyə, ağız kənarlarına tətbiq edilir. Bu üsulda göyərmə və şiş olma ehtimalı çox azdır. 30 yaşdan sonra bu üsuldan istifadə etmək olar.
 
8 nöqtə liftinq
 
Bu üsula üzün orta və alt qisminə tətbiq etmək üçün 40 yaşdan sonra müraciət olunur. Bununla dəridəki dəstək nöqtələrinin müqaviməti artırılaraq, dəridəki boşalma azaldılır.
 
10 nöqtə liftinq
 
Bu, nöqtə liftinq üsulunun ən inkişaf etmiş və ən təsirli formasıdır. Gicgah bölgəsi və qaşlardan başlayaraq, çənə də daxil olmaqla liftinqin təsiri özünü göstərir. Orta yaşdan yuxarı insanlar üçün münasib olan bu üsuldan istifadə edərək nəticə əldə etmək olar. 

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı