2016-06-03 12:15

Bakının bu rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı şəhəri Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 03 iyun  2016-cı il tarixində  gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Bu barədə LiderXeber.az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı