2016-06-02 08:22

“Baku City Kids Group”dan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı uğurlu layihə - VİDEO - FOTO

Layihə əsnasında uşaqlara hədiyyələr verilib.

Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Baku City Kids Group”un təşkilatçılığı ilə layihə həyata keçirilib.


LiderXeber.az xəbər verir ki, layihə əsnasında çıxış edən "Baku City Kids Group”un təşkilatçı- rəhbəri Çinarə Abbasova əlamətdar gün münasibətilə balacaları təbrik edib.

Çıxış edən valideyinlər uşaqlara bu cür tədbiri təşkil etdiyi üçün "Baku City Kids Group”a öz təşəkkürlərini bildirib.

Sonda "Kids Word” uşaq mağazalar şəbəkəsi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Təşkilatçılar hədiyyələrə görə "Kids Word” uşaq mağazalar şəbəkəsinə, məkana görə İspanaq restoranının rəhbərliyinə, fotoqraf Günel Məmmədzadəyə, həmçinin informasiya dəstəyi olan LiderXeber.az saytına öz təşəkkürünü bildirir.

Qeyd edək ki, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Biz də LiderXeber.az olaraq sevimli balacaları bu əlamətdar gün münasibəti ilə təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.



















Səbuhi  Vaqifoğlu

Əzim Uğur

LiderXeber.az


SON XƏBƏRLƏR


Yuxarı