2016-06-01 17:52

Yeməkdən sonra çay içənlər mütləq oxusun!

Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını ləngidən antiokdidantlarla zəngindir.

LiderXeber.az-ın xəbərinə görə, belə hesab olunur ki, çay güclü xərçəngəleyhinə təsirə malikdir. Çay insanı daha gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Lakin bəzi hallarda çay orqanizmə fayda deyil, ziyan vura bilər.

Ölkəmizdə bir qayda olaraq yeməkdən sonra süfrəyə çay verilir. Bu çox pis adətdir. Məsələ burasındadır ki, çay büzücü maddələr və taninlə zəngindir. Bu maddələr orqanizmə qida ilə daxil olan bəzi maddələrin mənimsənilməsi prosesini pozur. Bu xüsusilə zülallara və orqanizm üçün ən vacib minerallardan birinə olan dəmirə aiddir.

Dəmirlə zəngin olan qidalardan sonra çay içən insan dəmirin bağırsaqlar tərəfindən sovrulmasını pozur. Dəmir hemoqlobinin tərkibinə daxildir və orqanizmin bütün hüceyrələrinə həyati vacib oksigenin daşınmasında iştirak edir. Dəmir orqanizmə lazım olandan az miqdarda daxil olunduqda insanda dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir çox pozulmaların inkişafına təkan verir.
Beləliklə, dəmirlə zəngin olan qidalardan dərhal sonra çay içən insan bilmədən öz sağlamlığına ziyan vurur.

Həmçinin qida qəbulundan dərhal sonra içilən çay zülalların da mənimsənilməsini pozur. Zülallar orqanzimin bütün hüceyrələrinin əsas tikinti materialıdır.

Çaydan fayda almaq istəyirsinizsə, çayı qida qəbulunda 20 dəqiqə əvvəl və ya 1 saat sonra için./saglamolun.az/

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı