2016-05-31 10:14

Azərbaycanda bu toy karvanı hər kəsin marağına səbəb oldu - VİDEO

Gəlin gətirmək üçün müasir lüks avtomobillərdən yox, retro avtomobillərdən istifadə olunub

LiderXeber.az xəbər verir ki, Bərdədə bir toy karvanı hər kəsin marağına səbəb olub. Belə ki, gəlin gətirmək üçün müasir lüks avtomobillərdən yox, retro avtomobillərdən, daha dəqiq desək, "Qaz -24" volqalardan istifadə olunub. Maraqlıdır ki, təşəbbüs bəyin atasından gəlib.

Ötən əsrin 70-80-ci illərininən prestijli avtomobilləri olan "Qaz-24"lərdən ibarət toy karvanı izləyənlərin marağına səbəb olub. Asim Qocayevin şad günü qeyri-adi olsun deyə atası Rasim Qocayev təşəbbüs göstərib.Gəlini gətirməyə dövrünün ən dəbdəbəli maşını olan volqalarla gediblər. Avtomobili bəyin atası sürüb. Digər 8 "Volqa" ilə birlikdə Beyləqandan Bərdənin Seyidyusifli kəndinə gəlin gətiriblər. Bu həm bəyin, həm də gəlin Samirə Qocayevanın ürəyincə olub.

Bərdə küçələrində gəzən toy kərvanı sakinlərin də maragına səbəb olub.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı