2016-05-20 11:15

Saç tökülməsinə qarşı ən təsirli vasitələr

Saç tökülməsi günümüzdə demək olar ki bütün yaş təbəqələrindən olan insanların əsas problemlərindən birinə çevrilib.

LixerXeber.az xəbər verir ki, bu problemin qarşısını alıb sağlam və parlaq görünüşlü saçlara sahib olmaq istəyirsinizsə, bunun üçün etməniz gərəkənlər çox sadədir.

Qidalarınıza diqqət edin

Daha çox protein, dəmir və B12 vitaminlərini qəbul etməniz saçlarınız üzərində öz böyük təsirini göstərəcəkdir. Ət, balıq, yaşıl tərəvəzlər saç tökülməsini azaldır.

Saç massajı edin

Üstünlük verdiyiniz bir saç yağı ilə baş dərinizi masaj edin. Daha sonra yağın tam sorulması üçün isti dəsmalla saçınızı sarıyın. Ən az bir neçə saat gözləyin.

Saç şəkilləndiricilərdən uzaq durun

Daim saçlarınıza şəkil vermək saça zərər verir. Düzləşdiricilər, yüksək temperaturlu qurutma avadanlıqları və maşalar saça birbaşa təsir edərək quruluşuna mənfi təsir edir.

Bal çəkin

Saçınızı şampunla yuduqdan sonra biraz bal çəkin və saçınızda saxlayın. Qurulamadan dərhal əvvəl durulayın və saçlarınızdakı yumşaqlığı və parlaqlığı görün.

Saçlarınızı kimyəvi yolla burmaqdan (perm) çəkinin

Bu prosedur zamanı kimyəvi maddələr saçınızın strukturunu poza və bu da saç tökülməsinə gətirib çıxara bilər.

Saçlarınızı çox sıx yığmayın

Saçlarınızın sıx yığılmasını tələb edən saç modellərini seçdikdə onlar saçlarınızın tökülməsinə səbəbiyyət verir.

Keyfiyyətli daraqdan istifadə edin

Saçlarınızı necə daradığınız önəmlidir. Keyfiyyətli daraq seçərək diblərdən deyil, uclardan başlayaraq daramağınız məsləhətdir.

Biotinlə zəngin qidalar qəbul edin

Biotin suda həll olan vitamindir. Saç tökülməsinin qarşısını alır. Taxıllı bitkilərdə, yumurtanın ağında, qozun tərkində bol şəkildə vardır.

Müntəzəm olaraq yuyun

Saçlarınızı yumaq baş dərinizi təmiz saxlayacağı üçün mümkün infeksiyaların qarşısını alır və saç tökülməsini azaldır.


Aylin Vəliyeva

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı