2016-05-19 12:41

XİN Əfqanıstandakı təyyarə qəzası ilə bağlı açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda qəzaya uğrayan "SilkWay” şirkətinə məxsus təyyarə ilə bağlı araşdırmala başlayıb.

LiderXeber.az xəbər verir ki, bunu AzVision.az açıqlamasında XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi "SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır. Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı