2016-05-18 13:03

Aprel döyüşlərində 2000 hektar ərazimiz işğaldan azad edilib

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.

LiderXeber.az xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.

"Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür”, - deyə, mənbə əlavə edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində "aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini” deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: 

"İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil”.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı