2016-05-18 09:51

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azəriqaz İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən LiderXeber.az-a verilən məlumata görə, yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı