2016-05-14 12:52

"Hal-hazırda bütün fəaliyyətimiz cəbhə zonasında həyata keçirilir" - MÜSAHİBƏ

Ölkədən kənarda isə Türkiyədəki gənclərlə və 2 təşkilatla layihələr nəzərdə tutulub.

"Sevincli Ümidlər " gənclərin inkişafına dəstək ictimai birliyinin sədri Sevinc Qəhrəmanlı LiderXeber.az saytına müsahibə verib:

1. Təskilatın fəaliyyəti barədə nə deyə bilərsiniz?

"Sevincli Ümidlər " gənclərin inkişafına dəstək ictimai birliyi artıq 8 ildir ki, fəaliyyət göstərir.Təşkilatın sədri Mən Sevinc Qəhrəmanlı öncə birlik kimi fəaliyyət göstərdim. Demək olar ki, bölgələrimizin çox hissəsində xeyriyyə və hərbi tədbirlər həyata keçirirdim. İlk gündən kimsəsiz uşaqlar, imkansız ailələr və cəbhə bölgələri üçün fəaliyyət göstəririk. Bu il aprel ayının 1-də baş verən hadisədən sonra bütün fəaliyyətimiz cəbhə zonasında həyata keçirilir.

2. Cəbhə zonasında hansı tipli tədbirləriniz həyata keçirilir?

Aprel ayının əvvəllərində şəhid olmuş qardaslarımızın ailələri ilə görüşlər keçirdik.daha sonra aprel ayının 16-da Füzuli Rayon Böyük Bəhmənli kəndinin Mədəniyyət evində orta məktəb şagirdləri üçün "Bilik yarışı " həyata keçrildi.Yarışda əsas məqsəd müharibə şəraitində olan uşaqlara motivasya vermək və onıların tək olmadığını bildirmək idi.Yarışda 5 komanda-Füzuli,Ərgünəs,Ümid,Qarabağ və Lələ təpə adlı komandalardan ibarət 35 uşaq iştirk etdi.Qalib komandanin uşaqlarına 1-ci yer Planşet,2-ci yer-mobil telefon, 3 –cü yer Fotoaparat hədiyyə etdik.

2-ci böyük tədbirimiz Füzuli rayon Horadiz şəhərində Füzuli Dram teatrında Prezdentin fərmanı ilə 2016-ci ilin "Multikultiralizm ili" olduğunu elan etdyi üçün həyata keçirdyimiz "Multikultralizm " adlı layihə oldu. Bütün tədbirlərimizi öncə Şəhidlərin xatirəsi anılır, daha sonra azərbaycan Respublikasinin dövlət himni səslənilir.Tədbirdə rayon icra nümayəndəlyi,dram tetarinin rəhbəri Vagif məmmədov və bütün təhsil nümayəndəliyi iştirak edirdi.

3-cü tədbir isə may ayinin 12-də cəbhə zonasında imkansız ailənin və şəhid ailəlrinin uşaqları, gənclər üçün pulsuz kitabxana açılışı oldu. Layihənin adi "Kitabları birgə sevək — LETS LOVE BOOKs " idi. 1300-dən çox bədii, elmi və orta məktəb kitabları rayon kitabxanalarına hədiyyə olundu.

3.Təşkilatın yaxın gələcəkdəki planları nədir?

Yaxın zamanda cəbhə zonamızda məktəblilər və gənclər üçün pulsuz komputer kursları açmaq, Ağdam şəhərində Bilik yarışı keçirmək, 1 iyun dünya uşaqlarının müdafiəsi günü ilə bağlı Füzuli rayonunda şəhid ailələrinin və məcburi köçkün uşaqları üçün uşaq bayramı, əsgərlərlə görüş, şəhid qardaşlarımızın övladları üçün tibbi yardım - Lor əməliyyatı və sünnət aksiyası və "Sülhə gedən yol Qarabağdan” keçir adlı flaşmob nəzərdə tutlub. Ölkədən kənarda isə Türkiyədəki gənclərlə və 2 təşkilatla layihələr nəzərdə tutulub.

Səbuhi Vaqifoğlu

LiderXeber.az 

SON XƏBƏRLƏR


Yuxarı