2016-05-14 09:44

Füzulidə “Kitabları birlikdə sevək” adlı aksiya keçirilib - VİDEO

Cəbhə bölgəsində “Kitabları birlikdə sevək” adlı kitab aksiyası keçirilib

"Sevincli ümidlər gənclərin inkişafına dəstək” ictimai birliyinin təşkilatçılığı ilə Füzuli rayonu Horadiz şəhərində "Kitabları birlikdə sevək” adlı kitab aksiyası keçirilib.

LiderXeber.az İnterAz-a istinadən xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd cəbhəyanı kəndlərdə kitabxanaların yaradılması və cəmiyyətin kitab oxumağa marağını artırmaqdan ibarətdir. Tədbirdə təşkilatın kollektivi, AMEA-nın elmi işçisi Lalə Əliyeva, rayon icra hakimiyyətinin rəsmiləri, təhsil şöbəsinin rəhbərliyi, orta məktəb şagirdləri, ictimaiyyət və media nümayəndələri iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsi anılıb və dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər bu cür layihələrin məktəbli və gənclərin inkişafında müsbət təsir qoyduğunu, onlarda kitab oxumağa həvəs aşıladığını, həmçinin bunun təhsil səviyyəsinin yüksəldilməsinə motivasiya verdiyini söylədilər.

Bundan başqa tədbirdə hərbi-vətənpərlik mövzusunda mahnılar oxunub, şerlər səsləndirilib.

Tədbirin sonunda bilik yarışması keçirilib. Yarışda fərqlənən şagirdlər hədiyyələrlə təltif olunub.


Səbuhi  Vaqifoğlu

Nizami Süleymani

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı