2016-05-11 11:41

İsti günlərdə bunları etməyin!

İsti hava şəraitində bu hərəkətlərə yol vermək olmaz. Siyahı elə də böyük olmasa da, əməl etmək sizə ancaq fayda verəcək.

LiderXeber.az xəbər verir ki, mütəxəsislər bildirir ki, saat 12-16:00 arası evdən çıxmayın.
Bu zaman sutkanın ən isti vaxtıdır və gün vurma təhlükəsi maksimumdur.
İctimai nəqliyyatda ehtiyatlı olun - burda istidən başqa, havasızlıq da var.

Dar və hündürdaban geyinməyin - dəri nəfəs almalıdır.
Kosmetikanı azaldın, mümkündürsə istifadə etməyin. Ən ziyanlı kosmetik vasitə tonal krem və pudradır. Onlar dəriyə nəfəs almaq imkanı vermir.

Ətir və lasyonlardan istifadə etməyin. Çünki isti havada qoxu bezdirir və havasız şəraitdə nəfəs almaq çətinləşir.

İradə Quliyeva

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı