2016-05-10 15:35

Şəhidimizin son cümləsi: "Narahat olmayın, qələbə bizimlədir" - MÜSAHİBƏ - FOTO - ÖZƏL

O, şəhid olmamışdan əvvəl zəng etdi və dedi ki, qələbə bizimlədir.

Azərbaycan Ordusunun şəhid olmuş müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş Quliyev Səyyar Knyaz oğlunun qaynı Vəliyev Cəmil Mədət oğlu LiderXeber.az saytına təəssüratlarını bölüşüb:

"Səyyar 2014-cü ildə özü könüllü şəkildə hərbi xidmətə kiçik çavuş rütbəsi ilə yollanıb. O, şəhid olan gün bacım da zəng etdi ki, evdə dayana bilmirəm məni gəlin aparın, yaman narahatam. Elə də oldu, bacını gətirdik, Səyyar təxminən sübh vaxtı, 5-ə qalmış zəng etdi bizimlə danışmağa. Biz ondan soruşduq hardasan? Lələtəpədə olduğunu dedi və bunları söylədi:

"Heç nədən narahat olmayın, hər şey əladır, üstünlük bizdədi, Lələtəpə yüksəkliyini almışıq, mövqelərimizi bərkidirik, qələbə bizimlədir”. Aradan bir qədər keçmişdi ki, şəhid olduğu xəbərini eşitdik".

Onu da bildirək ki, şəhidin ailəsi onun adının əbədiləşdirilməsini istəyir.

Qeyd edək ki, Quliyev Səyyar Knyaz oğlu 1986-cı ildə Füzuli Rayonu Yuxarı Əbdürrəhmanlı kəndində anadan olub. 10 aya yaxındır ki, ailəli idi, övlad sahibi olacaqdı ki, qismət olmadı.

Allah rəhmət eləsin!

















Səbuhi  Vaqifoğlu

Əzim Uğur

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı