2016-05-03 16:42

Qarabağa daha 400 erməni könüllüsü göndərilir

Bu gün Yerevandan Dağlıq Qarabağa daha 400 erməni könüllüsü yola düşəcək.

LiderXeber.az modern.az-a istinadən xəbər verir ki, şəhərin Nubaraşen rayonunda yerləşən hərbi hissədən Qarabağa yollanacaq şəxslər "Yerkrapa” hərbi təşkilatının üzvləridir.

Onlar işğal olunmuş torpaqlardakı silahdaşlarını əvəzləmək üçün Qarabağa gedəcəklər.

Xatırladaq ki, Ermənistandakı Qarabağ müharibəsi veteranlarını sıralarında birləşdirən "Yerkrapa” təşkilatının 10 min üzvü var. Onlardan 5 mini işğal altındakı torpaqlarda yerləşdirilib.

Səbuhi Vaqifoğlu

LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı