2016-05-03 11:45

Jan Klod Vandamdan Məhəmməd peyğəmbər(s) haqqında möhtəşəm sözlər - VİDEO

Jurnalist Hollivud ulduzu Jan Klod Vandama sağlam qidalanmanın ən gözəl üsulu nədir?- deyə sual verib. Aktyor isə suala bu möhtəşəm cavabı verib.

LiderXeber.az islaminsesi.org-a istinadən bildirir ki, Hollivudun döyüş səhnələri ilə ilə məşhur olan aktyoru Jan Klod Vandam sağlam qidalanma haqqında olan sualı gözlənilməz şəkildə cavablandırıb. O insanlara Məhəmməd peyğəmbərin(ə) qoyduğu qaydalara və verdiyi məsləhətlərə əməl etməyə çağırıb.
 
"Məhəmməd peyğəmbər çox ağıllı insan idi, o insan vücudu ilə bağlı nəyin gələcək üçün faydalı olduğunu bilirdi. Ona görə ona baxın, məndən soruşmayın və inanın ki, sizə lazım olan hər şey onun dediklərində var."
 
Onun sözlərinə qüvvət (ola bilsin ki, o özü də bu ayəni nəzərdə tutaraq bu sualı cavablandırıb) Əhzab surəsi 21-ci ayəni göstərə bilərik.
 
" Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir."
 
Bunu da qeyd edək ki, son illər onun İslam dinini qəbul etməsi ilə bağlı məlumatlar yayılıb.


AbbasƏli Hüseyni

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı