2016-04-26 17:33

Bu xobbilər insanın ömrünü uzadır

Elmdə sübut olunub ki, bəzi xobbilər insanı daha sağlam edir və həyatını uzadır.

- Statistikaya əsasən, it və pişik sahibləri orta hesabla 5 il daha çox yaşayırlar. ABŞ-da qocalar evlərində heyvanları müalicə məqsədlərlə saxlayırlar.

LiderXeber.az-ın məlumatına görə, Avstraliya alimləri araşdırmalar nəticəsində sübut edib ki, heyvanlar, xüsusilə pişiklər, insanlarda təzyiqin normallaşmasına, qanda xolesterinin azalmasına kömək edir. Mütəxəssislər evdə it və ya pişik saxlamaq istəməyənlərə akvarium balıqlara fikir verməyi tövsiyə edirlər.

Eksperimentlər göstərib ki, 15-20 dəqiqə ərzində akvarium balıqları seyr edən insanlarda təzyiq aşağı düşür.

- Səyahətlər xoşlayan insanlarda immun sistemi daha möhkəm olur və insult və infarkt daha gec-gec baş verir. Bunu Almaniya alimləri sübut ediblər.

- Krossvordları həll etmək beyinin sağlamlığını qoruyur və beyində qocalma prosesləri ləngidir.
- Araşdırmalar göstərib ki, torpaqda işləyən insanlarda ürək-damar sistemi xəstəlikləri daha nadir hallarda inkişaf edir.

- Rəqs etmək də ən faydalı xobbilərdən biridi. Rəqs ürək-damar və tənəffüs sistemlərini möhkəmləndirir, stresi azaldır.

Amerikada aparılan maraqlı eksperiment zamanı bədxassəli şişlərin xaric edilməsindən bir müddət sonra xəstələrə rəqslə məşğul olmağı tövsiyə edirdilər. Nəticədə bu xəstələrdə bərpa prosesi daha sürətlə gedirdi.

- Xarici dilləri öyrənmək də çox faydalı xobbidir. Böyük Britaniyada aparılan eksperiment nəticəsində  məlum olub ki, xarici dilləri öyrənən insanlarda beyinin fəaliyyəti xeyli yaxşılaşır və beyində qocalma prosesləri ləngiyir.

Alimlər xüsusilə yaşlı insanlara xarici dilləri öyrənməyi tövsiyə edirlər. Bu beyində gedən yaşla bağlı olan dəyişiklikləri xeyli ləngidir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı