2016-04-22 10:55

Ərdoğan Davudoğlunun sürücüsü oldu - VİDEO

Türkiyədə İstanbul-İzmir magistral yolunun Yalova Altınova-Bursa Gemlik hissəsindəki körpünün açılışı olub.

LiderXeber.az xəbər verir ki, İstanbul-İzmir arasındakı məsafəni 8 saatdan 3.5 saata qədər azaldan yol ötürücüsünün dünyanın 4-cü böyük asma körpüsü olduğu bildirilir.

Açılışda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu iştirak ediblər. Körpünün son hissəsinin yerləşdirilməsindən sonra qaykaları birlikdə sıxan Ərdoğan və Davudoğlu yeni körpünün ilk istifadəçiləri olublar.

Bu zaman avtomobili prezident Rəcəb Tayyib Ərdoğan idarə edib, baş nazir Əhməd Davudoğlu isə onun yanında əyləşib./azvision/


Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı