2014-04-15 13:12

Azərbaycançılıq müstəqilliyimizin əsasıdır

Doğma yurdum Azərbaycan sən igidlər oylağı, dahilər məskənisən.Sən 50 milyon azərbaycanlının adını şərəflə daşıdığı şanlı ölkəsən!

Bəşər cəmiyyəti yaranandan bəri insanlar müəyyən qruplaşmalarda, müəyyən birliklərdə bir qədər keçəndən sonra kiçik ittifaqlar və daha sonra isə dövlətlərdə birləşərək,xalq,toplum halında öz müstəqil ölkələrini qurmuşlar.Müstəqillik hər bir xalqın milli sərvəti onun hazırkı inteqrasiyasi üçün vacib olan mənəvi haqqıdır.Qloballaşan dünyada insanların iradəsinin ifadəsi kimi meydana gələn müstəqil dövlətlər dünya birliyinin əsas sütunlarıdır.Dünya birliyinin üzvü olandan sonra müstəqil dövlətlər bir xalq,toplum kimi hazırki dünya nizamında daha önəmli yer tutmağa və əldə etdiyi müstəqilliyi dünya miqyasında dost tərəfdarlar qazanmaqla uzun müddət qorumağa çalışır.Heç şübhəsiz ki, dünya miqyasında şərəfli müstəqillik yolu keçən bir neçə dövlətin adını çəkmək olar.O dövlətlər ki əsrlər boyu öz mənəvi haqları olan müstəqillik nemətini qazanmaq üçün mübarizə aparmış və bu mübarizənin nəticəsi kimi müstəqilliklərini qazanmışlar.Bu dövlətlərdən biri də müstəqil dövlətimiz olan Azərbaycandır.Biz daima müstəqilliyimiz,azadlığımız uğrunda mübarizə apardıq.Tarix göstərdi ki,azadlıq və istiqlal ugrunda mübarizə aparanlar bu azadlığı qazanırlar,necə ki biz qazandıq.Lakin,bununla kifayətlənmək olmaz.Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi;Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.Biz 22 ildir ki,müstəqilik 22 ildir ki,öz müqəddəratımızı özümüz təyin edirik,özümüz öz dövlətçiliyimizin sahibiyik.Uğurla addımladığımız müstəqillik yolunda bizim istinad mənbəyimiz,bizim amalımız azərbaycançılıq məfkurəsi və bu məfkurənin əsas daşıyıcısı olan azərbaycan xalqıdır.Azərbaycançılıq özündə dərin məna birləşdirən,yalnız azərbaycan xalqına, azərbaycanın əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərə,adət-ənənələrə, milli kimliyimizə, bir xalq olaraq mövcudiyyətimizə sahib çıxan ideologiyadir.

Hər hansı bir xalqın fiziki mövcudluğu heç də onun mənəvi və müstəqil mövcudluğu deyildir.Hal-hazırda dünya miqyasında bir sıra xalqlar fiziki müstəqilliyə malik olsalar da heç də mənəvi və tam müstəqiliyə malik deyillər.Çünki,həmin xalqların söykəndiyi vahid ideologiya yoxdur.Ideologiyası olmayan xalqın fiziki müstəqilliyə malik olması bir o qədər də önəmli deyildir.Çünki, həmin xalq fiziki müstəqilliyini itirəcək və ideologiyası olmadığına görə fiziki müstəqilliyini təcavüzə məruz qoyan tərəfin ideoloji təsirinə məruz qalıb öz müstəqil mövcudiyyətini də itirəcək.Azərbaycançılıq ideologiyası əsrlər boyu mövcud olan lakin,22 ildir ki, hər bir azərbaycanlının hiss etdiyi ideologiyadır.Bu ideologiyanın varlığı uğrunda mübariz fədailər keçmişdə də oldu, bu günümüzdə də var, gələcəkdə olacağına da heç bir şübhə yoxdur.Və sevindirici hal budur ki,xalqımızın əsas amalına çevrilən azərbaycançılıq ideologiyası daima möhkəmlənməkdə və yeni formalarla zənginləşməkdədir.Bu gün bu ideologiyanın əsas daşıyıcıları gənc təbəqədir.Mən də bu gənc təbəqənin bir numayəndəsi kimi bu ideologiyanın daşıyıcılarından biri kimi qurur duyur və hər bir azərbaycan gəncini bu ideologiya uğrunda birləşməyə çağırıram.

Əli Qənbərli (YAP Gənclər Birliyinin üzvü)

LiderXeber.com informasiya agentliyi

SON XƏBƏRLƏR


Yuxarı