2016-04-16 09:59

Azərbaycanlı jurnalist Sərkisyanı belə susdurmuşdu - VİDEO

Sosial şəbəkələrdə hazırkı Ermənistan prezidenti, ovaxtkı müdafiə naziri Serj Sərkisyanla azərbaycanlı jurnalist Murad Hüseynov arasında 2001-ci ildə baş tutmuş mübahisənin görüntüsü paylaşılıb.
 
LiderXeber.az xəbər verir ki, Sərkisyanın mübahisə zamanı M.Hüseynovun peşəkar sualları qarşısında aciz qaldığı açıq-aydın görqünür və onun verdiyi cavablar hər kəsdə gülüş doğurur.
 
M.Hüseynovun "Ermənistan ordusu ölkə xaricində hərbi əməliyyatlarda iştirak edə bilərmi?” sualına Sərkisyan tutarlı cavab verə bilmir.
 
Mehman Hüseynovun "Sizin dediyinizə görə, əgər bu qüvvə separatçıdırsa və Ermənistan konstitusiyasında başqa yerdə hərbi xidmət keçmək barədə qanun yoxdursa, bəs Ermənistan əsgərlərinin orada (Dağlıq Qarabağ – red.) nə işi var?” sualına Sərkisyan, "Əgər onlar Ermənistan ordusunda hərbi xidmətlərini keçirlərsə, demək ki, onlar istədikləri orduda, istədikləri yerdə xidmət edə bilərlər” tipli mənasını özü də anlamadığı cavablar verir.
 
Ətraflı videoda (Videonu "Bizim ölkə” səhifəsi paylaşıb):

SON XƏBƏRLƏR


Yuxarı