2016-04-09 11:42

Dünya Azərbaycanın vahiməli silahından danışır - VİDEO

Kamekadze-pilotsuz uçan aparatdan ilk dəfə Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə istifadə oluna bilərdi.

LiderXeber.az xəbər verir ki, bu barədə Britaniyanın "Telegraph” agentliyi yazır.

Qəzet vurğulayıb ki, Azərbaycan qüvvələri düşmənlə döyüşdə İsrail istehsalı olan pilotsuz uçan aparatı tətbiq edib. Bu raket hədəf axtarışında 6 saat uça bilir.

Ermənistan Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, pilotsuz uçan aparat avtobusa çırpılıb və 7 nəfəri öldürüb.

İlk olaraq bu əməliyyat barədə "Washington Post” məlumat yayıb.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun analitiki Cozef Dempsi qeyd edib ki, bu "Harop” təyyarəsi ola bilər.

YouTube-də yayımlanan videoda pilotsuz aparat havadan hədəfə tərəf şığıyır. Daha sonra o, dağların arxasında yox olur.

Azərbaycan – İsrail və Hindistan ilə "Naqor” istifadə edən üç ölkədən biridir, qəzet qeyd edir.

SON XƏBƏRLƏR


Yuxarı