2016-04-07 13:07

Sumqayıt şəhidini dəfn edir - VİDEO

Sumqayıt daha bir şəhid verib.
LiderXeber.com xəbər verir ki, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Bayramov Şülan Bayram oğlu cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olub. Dəfn mərasimi bu gün saat 11:00-da başlayıb.
 
Dünən gecə saatlarından etibarən sumqayıtlı gənclər şəhidin evinə tərəf axın etməyə başlayıb. Artıq gecədən başlayaraq, şəhidin evi qarşısında yüzlərlə gənc toplaşıb. Şəhidin evi qarşısında toplaşan gənclər "Şəhidlər ölməz, vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar səsləndirirlər.
 
Səhər saatlarından isə Sumqayıt şəhərinin məsul şəxsləri şəhidin dəfn mərasimində iştiraka qatılıblar.


SON XƏBƏRLƏR


Yuxarı