2016-04-06 15:39

Ordumuz döyüş meydanında erməni əsgərinə Azərbaycan dili dərsi keçdi

Azərbaycan Respublikası Silahlı Qüvvələri döyüş meydanında erməni əsgərinə Azərbaycan dili dərsi keçdi.

02.04.2016-cı il Azərbaycan Respublikasının Silahlı qüvvələri döyüş meydanında ermənistan respublikasının əsgərlərinə Azərbaycan dili dərsi keçdi. Azərbaycan əsgəri bir daha beynəlxalq ictimayətin gözü qarşısında ermənistan ordusunun şəxsi heyyətinə Azərbaycan Dövlətinin nəyə qadir olduğunu göstərdi və birbalaca onlara qulaq burması verdi. Əsgərlərimiz tank taborunun komanidiri Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, İkinci dünya müharibəsində kəşfiyyatçı adı ilə dillər əzbəri olan partizan Mehdi Hüseynzadə, hava şahinlərimiz Hüseynbala Əliyev, İsrafil Məmmədov, dənizçi Qafur Məmmədov kimi igirdlərimizin və qəhrəmanlarımızın davamçıları olduqlarını 02.04.2016-cı il döyüş meydanında bir daha təsdiqlədilər. 

Azərbaycan ordusunun əsgəri bir daha subut elədi ki,Şəhidlərimizin qanı yerdə qalmayacaq.Hər an Azərbaycan Silahlı Qüvvələri itirilmiş torpaqlarımızı geri qaytarmağa hazırdır.Sərsəm Köçəryan,Ohanyan ,Sərkisyan ordusu bir daha başa düşməlidirlər ki,yüksək döyüş qabiliyyətinə malik olan və ən müasir texnika və texnologiya ilə təchiz olunmuş və vahid komandanlıqdan idarə olunan Azərbaycan ordusunun dediyi sözlə ermənistanın çoxdan razılaşmaqının vaxtı gəlib çatıb.Öna görə ki, Mübariz İbrahimov Beynəlxalq İctimayətin gözü qarşısında torpaqlarınızın hər bir santı metrinin Anamız qədər müqəddəs olduğunu ,Ramil Səfərov Bayrağımızın Dövlətimiz qədər əziz olduğunu,Fərhad Əhmədov isə Azərbaycan əsgərinin Dövlətimiz üçün nə qədər qiymətli olduğunu döyüş meydanında subuta yetirmişdir.Gərək ermənilər onda özləri üçün bir nəticə çıxartmalıydılar. Mən inanıram ki, Azərbaycan ordusu itirilmiş torpaqlarımızı tezliklə azad edəcəklər. Strateji əhəmiyyətli rayonlarımızı Qubadlı, Zəngilan , Cəbrayıl, Füzuli Ağdam, Xocalı, Kəlbəcər Azərbaycanın dilbər güşəsi Laçın və qeyrət qalası Şuşa da Azərbaycan Dövlətinin bayrağı dalğalanacaq. Mən inanıram ki,tezliklə ermənistan ordusunun əsgərləri Azərbaycan dövlətinin Beynəlxalq birlik tərəfindən ərazisi kimi tanınan əzəli torpaqlarımızı Qarabağ döyüşü meydanından Azərbaycan əsgəri qarşısından diz çökəcəklər. İmdad diləyəcəklər. Ermənistan dövlətinin dövlət bayrağı Azərbaycan xalqının ayaqları altına atılacaq.Mən ikinci qrup hərbi əlil Heydərov Tehran Əbil oğlu 02.04.2016-cı ildə Azərbyacan ordusunun döyüş meydanından Torpaqlarımızın azadlığı ,dövlətimizin bütövlüyü Azərbaycan xalqının təhlükəsizlik naminə ermənistan ordusunun qarşısında göstərdikləri sucaətə görə Azərbaycan əsgərlərinə Müdafiə Nazirliyini bütpv şəxsi heyyətinə və Nazir Zakir Həsənov,Ali baş komandanımız İlham Əliyev,Şəhid ailələri və müharibə veternaları adına şəxsən öz adımdan təşəkkür və minnətdarlığımı bildirirəm.

Çox saq olun. Azərbaycan əsgərlərini uca Allah qorusun.Yaşasın Azərbaycan əsgəri. Eşq olsun Azərbaycan Dövlətinə.

Hörmətlə 2-ci qrup əlil Heydərov Tehran Əbil oğlu.
04.04.2016-cı il Füzuli rayon Horadiz kənd sakini.

SON XƏBƏRLƏR


Yuxarı