2016-04-04 11:29

BMT təsdiqlədi: Ermənilər Qarabağdan qaçır, 50 nəfər sığınacaq istəyib

"Ötən həftə sonu Dağlıq Qarabağ ərazisində yaranan gərginlikdə azı 33 nəfər ölüb, 200-dən çox adam yaralanıb”. 

LiderXeber.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə BMT-in Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (HMKİ) hesabatında qeyd olunub.

Bildirlib ki, Ermənistan və Azərbaycandakı rəsmi mənbələrin yaydığı xəbərə əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş atışmada 30 əsgər və 3 dinc sakin həyatını itirib. Mülkü vətəndaşlar və hərbçilər arasında nə qədər yaralı olması barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi mənbələrə görə, yaralıların sayı 200-i ötüb.

İdarənin məlumatına görə, gərginliyin yaşandığı məqamda təxminən 150 min, şiddətli qarşıdurmaların getdiyi ərazilərdə isə 14,4 min insan yaşayır:

"Eyni zamanda BMT-yə münaqişə tərəflərindən humanitar yardım almaq barədə müraciət daxil olmayıb. Azərbaycan hökuməti insanların daxili yerdəyişməsinin olmadığını bəyan edib. Lakin Ermənistan tərəfindən 50 nəfər Yerevandan müvəqqəti sığınacaq istəyib”.
SON XƏBƏRLƏR


Yuxarı