2016-03-16 15:16

FED faizləri artırmayacaq, dollar qalxmayacaq

ABŞ Mərkəz Bankının (FED) bu gün sona çatacaq toplantısında faiz nisbətlərində hər hansı dəyişikliyə gedilməsi gözlənilmir.
 
LiderXeber.az xəbər verir ki, ötən ilin noyabr ayında 10 il fasilədən sonra göstərici faiz nisbəti artıran FED iş bazarını və qlobal birjalardakı prosesləri yaxından izləyir.
 
Bu mərhələdə ABŞ Ticarət Nazirliyinin dünən açıqladığı məlumatlarda fevral ayında pərakəndə satışların proqnozdan aşağı olduğu bildirilib. Məlum olub ki, pərakəndə satış 0.1 faiz geriləyib.
 
Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə FED yaxın dövrdə faiz artımına getməyəcək./publika.az/

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı