2016-03-04 15:25

Cəbhə bölgəsində “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib - VİDEO

Füzuli rayonunda yerləşən "N” saylı hərbi hissədə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq görüş keçirilib.
 
LiderXeber.az interaztv.com-a istinadən xəbər verir ki, görüşdə "N” saylı hərbi hissənin şəxsi heyəti, 26 nömrəli orta məktəbin müəllim və şagirdləri, republikanın əməkdar artisti Lalə Məmmədova, Füzuli Dövlət Dram Teatrının kollektivi iştirak edib.
 
Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan əsgərində yüksək əhval-ruhiyə yaratmaq və onların asudə vaxtlarını səmərəli şəkildə keçirməkdən ibarət olub.
 
Tədbirdə əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi bayram sovqatlı mahnıları, Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında maraqlı səhnəciklər əsgərlərdə, orta məktəb şagirdlərində, qonaqlarda xoş əhval-ruhiyə yaradıb.
 
Biz də İnterAz olaraq qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan əsgərini, xalqımızı təbrik edirik, ölkəmizdə hər zaman sülh-əminamanlıqda olmağını arzu edirik.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı