2016-03-04 14:56

Deputat da kreditlərdən danışdı

Deputat Əli Məsimli də parlamentin növbəti plenar iclasında ölkədə problemli kreditlər məsələsindən danışıb. 

LiderXeber.az-ın məlumatına görə, millət vəkili bildirib ki, bu problem nəhayət, həll olunmalıdır.

Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var:

"Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla koordinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”.

O, eyni zamanda qeyd edib ki, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa maliyyə blokunda olan problemlər iqtisadiyyatın real sahələrinə keçə bilər:

"Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır”./qafqazinfo/

Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı