2016-03-02 20:54

Bir neçə rayonun icra başçısı vəzifəsindən azad olunur - Siyahı

10 rayonun rəhbəri işdə yol verdikləri ciddi səhvlərin güdazına gedirlər.

Hakimiyyət dairələri mart ayından etibarən ondan artıq rayonun icra başçısını dəyişdirmək qərarına gəliblər. 

LiderXeber.az politika.az-a istinadən xəbər verir ki, həmin rayonların rəhbərlərinin adının «qara siyahı»ya düşməsinə səbəb işdə yol verdikləri səhvlərdir. 

Mənbənin bildirdiyinə görə, işdən çıxarılacaq icra başçıları aşağıdakılardır: 

- Qoca Səmədov: Yevlaxın icra başçısı;
- Şahin Məmmədov: Ağcabədinin icra başçısı;
- Vidadi İsayev: Bərdə
- Müstəqim Məmmədov: Tərtər
- Tahir Əliyev: Salyan
- Raqub Məmmədov: Ağdam 
- Əhəd Abıyev: Daşkəsən
- Rafil Hüseynov: Masallı
- Elxan Usubov: Şəki
- Əhməd Muxtarov: Hacıqabul
- Mahmud Quliyev: Cəbrayıl.

Mənbə bildirir ki, proses bununla da yekunlaşmaya bilər. Siyahıya yeni adların da əlavə edilməsi istisna edilmir.

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı