2016-03-02 12:45

Elman Rüstəmov: "Manatın məzənnəsinin kəskin dəyişməsinin qarşısını alacağıq"

Üzən məzənnəyə keçid qərarı tam özünü doğruldub. Hazırda Mərkəzi bankın əsas vəzifəsi manatın kəskin bahalaşmasının qarşısını almaqdır.
 
LiderXeber.az xəbər verir ki bunu, jurnalistlərə açıqlamasında Mərkəzi Bankıın sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bankların konsolidasiya prosesinin hələ başa çatmadığını da açıqlayıb: "Konsolidasiya prosesi yeni rəhbərlərin qərarından sonra başa çatacaq".

Mərkəzi Bank sədri deyib ki, məhkəmələrdə onlar özlərini müdafiə edəcəklər: "İki bank bziim qərarı məhkəməyə verib və biz özümüzü o məhkəmə prosesində arqumentlərlə müdafiə edəcəyik".

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı