2016-02-27 09:36

Sumqayıtda "İmam Cəfər Sadiq (ə)" məscidində Xocalı faciəsi anıldı - FOTO

Fevralın 26-da Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə olduğu kimi Sumqayıt şəhər İmam Cəfər Sadiq adına məsciddə də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.

LiderXeber.az-ın verdiyi məlumata görə, məclisdə ölkənin dəyərli ruhaniləri, bir çox inanclılar iştirak edib.

Çıxış edən məscidin axundu Hacı Mirfəyyaz Fəttayev mənfur düşmənlərin törətdiyi Xocalı faciəsinin xalqın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb. Daha sonra faciə qurbanlarının ruhuna Müqəddəs Qurani Kərimdən ayələr oxunub, dualar edilib. 

Biz də LiderXeber.az olaraq bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edirik.

Allah şəhidlərimizə rəhmət eləsin!







Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı