2016-02-23 10:04

Sumqayıtın bənzərsiz "Sülh göyərçini" - VİDEO

Bu əsrarəngsiz abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılıb.
 
LiderXeber.az interaz-a istinadən xəbər verir ki, abidə betondan tökülüb. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub. Abidənin müəllifləri Sumqayıt şəhərinin rəssamı Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.
 
Vaqif Nəzərov müsahibəsində Moskvadan gələnlərin SSSR hakimiyyəti dövründə çox abidələr gördüklərini, lakin buna baxmayaraq bu abidəyə vurulduqlarını bildirdi.
 
Sumqayıt şəhərində yerlşən "Sülh Göyərçini” abidəsi öz əsrarəngsiz gözəlliyi ilə yanaşı, sakinləri də özünə cəlb edir. Belə ki, abidənin yerləşdiyi Nəsimi parkı hər gün sakinlərin asudə vaxtlarını keçirdiyi istirahət məkanlarından biri sayılır.
 
Sumqayıt şəhərinin rəmzi hesab olunan "Sülh göyərçini” abidəsi bir neçə il bundan öncə təmir olunub. Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib. Ətraf əraziyə yeni üzlük plitələr döşənib, müasir işıq dirəkləri yerləşdirilib. Bununla yanaşı, parkın dəniz sahilinə enən hissəsində çinli mütəxəssislər tərəfindən hazırlanmış fontan-şəlalə kompleksi quraşdırılıb.


Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı