2016-02-19 16:09

Cəbhə bölgəsində “Vətənin keşiyində duran əsgərə məktub” layihəsinin qalibləri mükafatlandırılıb - VİDEO

Füzuli rayonunda da orta məktəb şagirdləri arasında inşa müsabiqəsi təşkil olunub.

"Vətənin keşiyində duran əsgərə məktub” layihəsinə əsasən, Füzuli rayonunda da orta məktəb şagirdləri arasında inşa müsabiqəsi təşkil olunub.

LiderXeber.az interaztv.xom-a istinadən xəbər verir ki, şagirdlərin müsabiqəyə təqdim etdiyi inşalar, öz məzmunu və keyfiyyəti ilə fərqlənib.

Məlumat üçün bildirək ki, müsabiqənin qalibi olan balaca Ceyhunə yazdığı məktubunda hər zaman Azərbaycan əsgərinə güvənəcəyini gələcəkdə isə əsgər bacısı olmağın arzusunda olduğunu bildirir.

Biz də İnterAz olaraq soyuq və isti bilmədən hər zaman vətənin keşiyində duran və onu şərəflə qoruyan əsgərlərimiz qarşısında baş əyir, onlara xidmətlərində uğurlar arzulayırıq. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan əsgəri!



Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı