2016-02-13 11:28

Sumqayıtda “Yurdumuzun rəngləri” adlı sərgi keçirilir - VİDEO

Sərgidə ümumilikdə 97 əsər nümayiş olunub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Uluslararası Aktiv Rəssamlar Birliyi və Femin Art Beynəlxalq Qadın Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında "Yurdumuzu qarış-qarış gəzək” aktiv rəssamlar qrupunun "Yurdumuzun rəngləri” adlı sərgisi keçirilir.

LiderXeber.az interaztv.com-a istinadən xəbər verir ki,sərginin keçirilməsində məqsəd etüd zamanı çəkilmiş rəsmlərin satışından gələn gəlirin müəyyən hissəsini xeyriyə işlərinə xərcləmək, uşaq və qocalar evinə yardım etməkdir.

Sərgidə ümumilikdə 97 əsər nümayiş olunub. Onlardan 3 ədəd qrafika, 3 ədəd xəz dəri üzərində işləmə, 5 ədəd batika, 7 ədəd foto və 79 ədəd rəngkarlıq növündə işlənmiş əsərlərdir.

Sərgidə Nəvai Metin, Gülər Fahad, Əbdüləmi Əliyev,Akif Yarişov, Oktay Əliyev, Naqiyə Rzayeva, Pərviz Əsədov, Aynurə Mustafayeva, İradə Qədirova, Akif Amirovun əsərləri nümayiş olunur.

Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara diplomlar təqdim edilib.

Tədbirdə həmçinin "Yurdumuzu qarış-qarış gəzək” layihəsi çərçivəsində rəssamların canlı performansını əks etdirən video çarx nümayiş olunur.

Qeyd edək ki, sərgi fevral ayının 8-də start götürüb və 1 həftə davam edəcək.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı