2016-02-11 17:15

Rövnəq Abdullayev işçilərin 40 min borcunu bağışladı - VİDEO

SOCAR prezidenti Rövnəq Abdullayev bir neçə gün öncə gənc neftçilərlə görüşüb.

LideRXeber.az xəbər verir ki, görüşdə R. Abdullayev gənclərin suallarını cavablandırıb.

Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ünvanlanan suala SOCAR rəhbəri bildirib ki, Dövlət Neft Şirkəti bir neçə ərazidə böyük şəhərciklər salmaq üçün razılıq alıb. O qeyd edib ki, məsələyə dair Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparılıb və razılıq alınıb.

R.Abdullayev Qaradağ, Pirallahı və şirkətin torpağı olan digər ərazilərdə kooperativ tikintilər, böyük şəhərciklər salınacağını bildirib.

Bundan başqa R. Abdullayev əmək haqlarının artırılmasından da danışıb. Qeyd olunub ki, neft şirkətinin büdcəsində imkanlar məhduddur: "Buna baxmayaraq, faktiki inflyasiyanı hesablayandan sonra müəyyən qədər inflyasiya kompensasiyası olunacaq”.

R. Abdullayev bildirib ki, SOCAR-ın İnsan Resursları Departamentinin işi yüksək səviyyədə təşkil olunub: `Bu gün bir nəfər deyə bilməz ki, kiminsə xahişi, tapşırığı ilə SOCAR-a işə götürülüb. Şəxsən öz adımdan da arxayınlıqla deyə bilərəm ki, belə neqativ hallar mövcud deyil`.

SOCAR prezidenti həmçinin şirkətin Heydər Əliyev prospektində yerləşəcək yeni inzibati binasının tikintisi barədə də danışıb: `Tikinti bizə ucuz başa gəlib. Hazırda isə baş ofisimizin tikintisi plana uyğun davam edir və kompüterləşmə işlər gedir. Lakin pulumuz yoxdur ki, bu işləri yekunlaşdıraq. İnanın ki, hər bir manatı sayırıq ki, artıq xərcə yol verməyək.

Mənim planlarıma görə, dekabrda, Yeni il öncəsi o binaya köçməli idik. Sonra düşündüm ki, Novruz Bayramında köçərik. İndi amma görürəm ki, Novruz Bayramına da çatdırmayacağıq`.

Eyni zamanda Rövnəq Abdullayev Fransada təhsil almış 3 işçisinin 40 manat borcunu bağışlayıb.


Aylin Vəliyeva

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı