2016-02-10 12:27

Azərbaycanda iki yeni komitə yaradılır

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində iki yeni texniki komitə yaradılacaq.

LiderXeber.az xəbər verir ki, bunu Dövlət Komitəsinin aparat rəhbəri Arif Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda Dövlət Komitəsinin nəzdində 9 texniki komitə fəaliyyət göstərir: 

"Hazırda enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi ilə bağlı yeni iki texniki komitənin yaradılması istiqamətində iş aparılır”.

A.Əşrəfov diqqətə çatdırıb ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də Apellasiya Şurası yaradılıb.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı