2016-02-01 12:30

Saqqalsız kişilərə bəd xəbər - ARAŞDIRMA

"Journal of Hospital Infection” jurnalında dәrc olunan bir araşdırmaya görә, saqqalsız kişilәr infeksiyaya qarşı saqqallı kişilәrlә müqayisәdә daha çox risk altındadır.

LiderXeber.az wsemir.com-a istinadən xəbər verir ki, araşdırma xәstәxananın kişi әmәkdaşları üzәrindә aparılıb, tәraş olmuş vә saqqallı kişilәrdәn nümunәlәr alınıb.

408 işçinin analizlәri araşdırıldıqdan sonra mәlum olub ki, saqqalsız kişilәr "MRSA” adlı ölümcül ola bilәn xәstәxana bakteriyasına qarşı 3 dәfә daha çox risk daşıyır.

Belәliklә, saqqalın bakteriya riskini artırmadığı ortaya çıxıb. Әksinә, tәraş olmuş kişilәrdә bakteriyaya daha çox rast gәlinib. Tәdqiqatçılar tәraş olmuş dәrinin bakteriyaların yaranmasına zәmin yaratdığını bildirib. Digәr tәdqiqatçıların fikrincә, saqqallar infeksiya ilә mübarizә aparır.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı