2016-01-29 17:04

Baş nazirdən 2017-ci il üzrə dövlət büdcəsi ilə bağlı - Sərəncam

Baş nazir Artur Rasizadə Azərbaycanın 2017-ci il üzrə və dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin işlənib hazırlanması haqqında sərəncam imzalayıb. 

LiderXeber.az xəbər verir ki, sərəncama "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının 2-ci hissəsinin beşinci abzasına əsasən, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə imzalanıb.

Qeyd edək ki, bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Səbuhi Vaqifoğlu

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı