2016-01-29 10:58

Sumqayıtda yerləşən "Karvan" ticarət mərkəzində icarə haqqı aşağı endirildi - VİDEO

Sumqayıt şəhərində yerləşən "Karvan" ticarət mərkəzində satıcılar narazılıq ediblər.

LiderXeber.az anspress-ə istinadən bildirir ki, təxminən 50 nəfər obyekt sahibi, icarə haqqının aşağı salınması tələbi ilə çıxış ediblər. Ticarət mərkəzinin rəhbərliyi narazı insanların tələblərini dinləyərək, bütün obyektlərin icarə haqqlarını yarıbayarı endirib.

Obyekt sahibi Elman Ağayev bildirib ki, icarə haqqı əvvəl 400-500 manat idi. İndi isə məbləğ müdriyyət tərəfindən yarıya endirilib.

Digər obyekt sahibi Vüsal Əhmədov isə qeyd edib ki, on gün bundan əvvəl rəhbərlik icarə haqqlarında güzəştlər edəcəyini demişdi. Amma hələ də güzəştlərin olmamamsı insanların narazılğına səbəb olub.


Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı