2016-01-28 12:50

Dollarla bağlı şad xəbər: azı 2 ay bahalaşmayacaq

ABŞ Mərkəzi Bankı (Fed) mart ayında planlaşdırılan iclasında dolların uçot dərəcəsini artırmayacaq.
 
LiderXeber.az-ın məlumatına görə, Fed-in son toplantısında verilən açıqlamalar mart ayında faiz artırımına getmə ehtimalının azaldığına siqnal verib. Beynəlxalq analitiklər Fed-in mart ayında faiz artırımına getmə ehtimalının 19% civarında olduğunu deyir. Bu ehtimal yanvar ayı üçün 25% səviyyəsində idi.

Fed-in dekabr ayındakı konfransında 2016-ci ildə 4 dəfə faiz artımı nəzərdə tutulurdu. ABŞ Mərkəzi Bankı bir sonrakı faiz artırımının hansı müddətdə tətbiq ediləcəyi ilə bağlı dəqiq bir qərar verməkdə ehtiyyat edir. Bununla yanaşı, təxminən 10 ildən sonra ilk faiz artırımının tətbiqindən bu yana yalnız 6 həftə keçib.

Fed faiz artırımlarının pilləli şəkildə olacağına işarə edir. Bu faiz artımı iqtisadi göstəricilər və risklər nəzərə alınaraq qəbul ediləcək./baku.ws/

Günay Cəfərova

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı