2015-12-08 15:55

“Təhlükəsiz həyat naminə” layihəsi uğurla icra edilir - VİDEO

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan olunmuş qrant müsabiqəsi çərçivəsində "Təşəbbüs” Xeyriyyə İctimai Birliyi tərəfindən "Təhlükəsiz həyat naminə” layihəsi icra edilir.

LiderXeber.az xəbər verir ki, layihənin əsas məqsədi sürücüləri və piyadaları daha diqqətli olmağa çağırmaqdır. Bu məqsədlə hazırlanan video çarx geniş ictimaiyyətə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən "Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin sədri Arzu Məsiyev bildirib ki, əsas hədəf odur ki, sürücülər və piyadalar yol hərəkət qaydalarını daha yaxşı öyrənməyi, sükan arxasında daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağı nəzərə alsınlar. Bu məqsədlə hazırlanan video-çarx balaca bir səhvin, diqqətsizliyin necə böyük dəhşətli qəzaya səbəb ola biləcəyi haqqındadır.

Bütün bunarla bərabər əsas məqsədlərdən biri sükan arxasında daha diqqətli və ehtiyatlı olmaları üçün onlara psixoloji cəhətdən insanlara təsir göstərməkdən ibarətdir.

Qeyd edək ki, qısametrajlı film gənc rejissor Kamran Səfərəlizadə tərəfindən çəkilib.



Gülnarə Savalanqızı

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı