2015-11-25 16:38

Füzuli Dövlət Dram Teatrı yeni il münasibətilə "Qış möcüzəsi” adlı şou-proqram təşkil edəcək - FOTO

Füzuli Dövlət Dram teatrı yeni il münasibətilə rayon sakinləri və qonaqlar üçün "Qış möcüzəsi” adlı şou-proqram təşkil edəcək.

Teatrın mətbuat xidmətindən LiderXeber.az-a verilən məlumata görə, şənliyin ssenari müəlifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

Dekabrın 20-dən yanvarın 10-dək davam edəcək bu şənlikdə sizləri nağıl qəhrəmanları, müxtəlif cizgi film simvolları, şən klounlar, Maşa və Ayı, ən əsası isə Şaxta baba və Qar qızın maraqlı çıxışları gözləyir.



Səbuhi Vaqifoğlu

LiderXeber.az
SON XƏBƏRLƏR


Yuxarı