2015-11-25 15:26

"Biz boş-boş danışmırıq, işimizi əməlimizlə göstəririk" - Cəsarət Əhmədov

Ölkədə ən populyar idman növlərindən biri də, Qol Güləşi sayılır. Bu səbəbdən, Azərbaycan Qol Güləş Federasiyasına (AQGF) qonaq olduq.
 
ORCTV.az-ın bu dəfəki qonağı AQGF-nın prezidenti Cəsarət Əhmədovdur.
 
- Cəsarət müəllimə kimi fəaliyyət göstərən federasiya ilə, indiki AQGF-nin gördükləri işlər barədə bir balaca məlumat verərdiniz.
 
Əvvəla, sizlərə təşəkkür edirik ki, inkişafda olan idmanımızı və idmançılarımızı xalqımıza və cəmiyyətə tanıdırsınız. Suala qaldıqda, vurğulayım ki, bu federasiya mənə kimi yalnız formal olaraq fəaliyyət göstərib. Lakin mənim gəlişimdən sonra, Azərbaycan Qol Güləşi Federasiyası (AQGF) 2009-cu ildə rəsmi qaydada Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək, təsis olundu. Rəsmi qeydiyyatdan keçdikdən sonra, yalnız bir məqsəd üçün çalışmışıq. Vətən və vətənpərvərlik.
 
Nəaliyyətlərimiz isə həddən artıq çoxdur. Tez bir zamanda neçə illərin zəhmətini tələb edən uğurları qazandıq. Misal üçün Azərbaycan Qol Güləşi Federasiyası ötən beş il ərzində çox böyük işlər görmüş və bu işlərin nəticəsi olaraq yüksək nailiyyətlər, parlaq qələbələr əldə etmişdir. Təbii ki, idmanda qələbələr ilk növbədə əldə olunan medalların sayı ilə müəyyənləşdirilir. Bu baxımdan da Azərbaycan qol güləşçilərinin uğurları diqqətəlayiqdir. 2009-2015-cü illər ərzində qol güləşi üzrə dünya və Avropa çempionatlarında idmançılarımız 54-i qızıl, 49-i gümüş və 38-i bürünc olmaqla 141 medal qazanmışlar. 2015-ci ilin 31may - 8 iyun tarixlərində Bolqarıstanın Sofiya şəhərində qol güləşi idman növü üzrə XXV Avropa Çempionatı keçirildi. Bu çempionatda 30 dan artıq ölkənin 800 – dən artiq idmançısi öz güclərini sınadılar. Ölkəmizi bu idman növündə 16 nəfər idmançımız təmsil edirdi. Bu mötəbər yarışda milli yığmamız 8-i qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 15 medal qazandı və komada hesabı üzrə 6-cı yeri tutdu.
 
- Cəsarət müəllim, ölkəmizdə baş tutmuş XXIV Avropa çempionatı dünya və avropada nə cür qarşılandı?
 
Çox möhtəşəm qarşılandı. Bunu elə açılış və bağlanış zamanı da hiss etmək olardı. Ancaq son səfərlərim zamanı digər ölkənin federasiya nümayəndələrindən eşitdiklərim buna bir daha göstərici oldu.
 
Bu çempionatda 30 ölkənin 700-ə yaxın idmançısı iştirak etmişdir. Azərbaycan yığma komandası bu yarışda çox uğurla iştirak etmiş və böyük nəaliyyətlərə imza atmışdır. Belə ki, yığmamız bu yarışda 13-ü qızıl , 14-ü gümüş , 14-ü bürünc medal olmaqla ümumilikdə 41 medal qazanmışdır. Yığmamız ümumi komanda hesabında müxtəlif təsnifat dərəcələrində 2 gümüş , 2 bürünc kuboka sahib olmuşdur. Çempinatın son nəticələrinə görə isə Azərbaycan milli yığması , yalnız Rusiya ve Türkiyə komandalarından geridə qalaraq , komanda hesabında üçüncü yerə layiq görülmüşdür.
 
- Ölkə başçısının İlham Əliyev idmanın Olimpiya və qeyri-olimpiya növlərinə heç bir fərq qoymur. Prezident tərəfindən federasiyanıza diqqət necədir?
 
Bu barədə, çox danışmaq olar. Amma mən bu barədə qısa və bir söz demək istəyirəm. Hər il ölkədə baş tutan "Novruz şənliyi” zamanı İlham Əliyevin idimançılarımızla görüşməsi, onlarla qol güləşdirməsi ölkə başçısının bizə diqqətindən xəbər verir.Bunun bariz nümunəsi olaraq 2014-cü ilin dekabrında "İlin yekunu” mərasimində Cəsarət Əhmədovun şəxsən ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidentinin cənab İlham Əliyev tərəfindən idmanın inkişafında göstərdiyi xüsusi xidmətlətinə görə "Fəxri Fərman” -la təltif edilməsin göstərmək olar.
 
Biz də öz növbəmizdə, bu diqqəti unudmuruq, əvəzində, nəaliyyətlərimiz, ölkə başçısına sədaqətimizlə göstəririk ki, biz onun ətrafındayıq. Bu gün Azərbaycan Qol Güləşi Federasiyasına cəlb olunan vətənpərvər, millətini və dövlətini sevən, imanlı gənclərin sayı durmadan artmaqdadır. Bu gənclər qarşısında irəli sürdürülən ən önəmli tələb isə onların hər zaman ölkə prezidenti ətrafında daha sıx birləşmələri, Vətənimizin və dövlətimizin mənafeyləri naminə hər an səfərbərliyə hazır olmalarıdır.Federasiya ancaq bir amalla işləyir və inkişaf edir.”Allaha inam,vətənə sevgi, xalqa xidmət ,ölkə prezidentinə sədaqət.”



AbbasƏli Hüseyni

LiderXeber.com
SON XƏBƏRLƏR


Yuxarı