2015-11-24 17:57

Tez hazırlanan kəsmikli piroq

Bu piroq çox dadlı və zərif alınır.

Lazım olan məhsullar:

Un - 2,5 stəkan

Kərə yağı - 200 qr

Şəkər tozu - 1,5 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Kəsmik - 500 qr

Yumurta - 2 dənə (orta ölçüdə)

Vanilin - 1 çay qaşığı

Duz - 1 çimdik

Hazırlanması

1. Yağı kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə edin və yenə yaxşı qarışdırın.

2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur).

3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın.

4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin.

5. Formanın dibinə xəmirin yarısını tökün.

6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın.

7. Üzərinə qalan xəmiri tökün.

8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.

9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Günay Cəfərova


LiderXeber.com

SON XƏBƏRLƏR


Yuxarı