2015-11-21 10:28

BMT Təhlükəsizlik Şurası İŞİD-lə mübarizəyə dair qətnamə qəbul edib

BMT-dən "İŞİD"-lə bağlı mühüm qərar

BMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib.

LiderXeber.az xarici mətbuata istinadən xəbər verir ki, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.

"İŞİD qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”, sənəddə deyilir. Qətnamədə həmçinin terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb.

Onu da bildirək ki, bu, 1999-cu ildən etibarən BMT tərəfindən terrorizmlə bağlı qəbul edilən sayca 14-cü qətnamədir.

Səbuhi Vaqifoğlu

LiderXeber.az

SON XƏBƏRLƏR


Yuxarı